Pleyeri seçin:

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib - Baku TV

19 dekabr 2025 469 baxış

"AKTA il ərzində kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri və ekspertləri bir araya gətirərək ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə töhfə verib".

Bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov bildirib.

Onun sözlərinə görə, il ərzində müxtəlif mövzularda təşkil olunan 80 tədbirdə 8 mindən çox mütəxəssis, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

R.Cabarov qeyd edib ki, AKTA “Konstitusiya və Suverenlik İli” çərçivəsində xüsusi əhəmiyyət daşıyan tədbirlər həyata keçirib. Bu çərçivədə Naxçıvanda təşkil olunan Kiber Suverenlik Konfransı ölkənin bütün regionlarında kibertəhlükəsizliyə diqqətin artırılması baxımından mühüm mesaj olub.

İcraçı direktor vurğulayıb ki, AKTA fəaliyyətində təhsil sahəsinə də xüsusi önəm verib. Universitetlərdə yaradılan kiberklublar, həyata keçirilən müxtəlif layihələr və ənənəvi Kiber Yay Məktəbi bu istiqamətdə əsas təşəbbüslər sırasındadır. Bildirilib ki, Kiber Yay Məktəbinə xarici ölkələrdən də iştirakçılar qoşulub və 150-yə yaxın məktəbli, tələbə və kiber klub üzvü burada təhsil almaq imkanı əldə edib.

R.Cabarov əlavə edib ki, AKTA bu fəaliyyətləri 2026-cı ildə də davam etdirəcək. Hazırda AKTA-nın 170-ə yaxın üzvü olduğunu deyən icraçı direktor vurğulayıb ki, şirkətlər və ekspertlərlə birgə ölkənin kibertəhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

O həmçinin süni intellektin sürətli inkişafı və kibertəhdidlərin artdığı bir dövrdə yalnız biznes səviyyəsində deyil, eyni zamanda əhalinin və xüsusilə kiçik və orta biznes subyektlərinin maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb və bu sahədə dəstəyin prioritet istiqamətlərdən biri olacağını bildirib.

Bina sakinləri çətin vəziyyətdə | Damdan axan suya niyə müdaxilə edilmir? - Baku TV

Bina sakinləri çətin vəziyyətdə | Damdan axan suya niyə müdaxilə edilmir? - Baku TV

Cəmiyyət
09 avqust 2026 469 baxış
Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV

Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV

Cəmiyyət
09 avqust 2026 469 baxış
Qobustan qəsəbəsinin yolları sakinləri çətin vəziyyətdə qoydu - Baku TV

Qobustan qəsəbəsinin yolları sakinləri çətin vəziyyətdə qoydu - Baku TV

Cəmiyyət
09 avqust 2026 469 baxış
FHN-dən kütləvi şəkildə çimərliklərə axın edən sakinlərə xəbərdarlıq - Baku TV

FHN-dən kütləvi şəkildə çimərliklərə axın edən sakinlərə xəbərdarlıq - Baku TV

Cəmiyyət
08 avqust 2026 469 baxış
"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

"Bundan artıq kişiyə ərə gedəcəkdim?!" | "O mənim üçün ən hündürboylu kişidir" - ARZUNUN VAXTI

Cəmiyyət
08 avqust 2026 469 baxış
Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Beşgünlük düşərgə başa çatdı | Gənclər gələcəyin texnologiyalarını yaxından öyrəniblər - Baku TV

Cəmiyyət
08 avqust 2026 469 baxış
Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Məktəbli formasında gizli təhlükə: boya, kimyəvi qatqılar və uşağın sağlamlığı - AKTUAL GÜNDƏM

Cəmiyyət
08 avqust 2026 469 baxış
Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV

Cəmiyyət
08 avqust 2026 469 baxış
"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV

Cəmiyyət
08 avqust 2026 469 baxış
Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

Cəmiyyət
08 avqust 2026 469 baxış
Seçilmişlər
icon