Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən sıx meşəlik ərazidə çoxillik həmişəyaşıl ağacların quruması sakinlərin narazılığına səbəb olub.
Ərazidəki ağacların bir çoxunun quruduğu, bəzilərinin isə quruyaraq sağlam ağacların üzərinə aşdığı müşahidə olunur. Bu isə həm yaşıllıqların məhv olmasına, həm də ərazidən keçən avtomobillər və piyadalar üçün təhlükə yaranmasına səbəb olur.
Sakinlərin sözlərinə görə, problem illərdir mövcuddur və ərazidəki bəzi ağaclar kəsilib, bəziləri isə yandırılıb.
Qurumuş ağacların arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nişanlanmış ağaclara da rast gəlinir.
Sakinlər bildirirlər ki, meşəlik sahə bəzi evsiz və digər şəxslərin məskunlaşdığı yerə də çevrilib.
Onlar aidiyyəti qurumların əraziyə baxış keçirməsini və qurumuş ağaclarla bağlı tədbir görülməsini istəyirlər.
#Binəqədi teqi istifadə olunub
- 28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir
- Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV
- “Dəhşətli qoxu gəlir, gediş-gəliş çətinləşir” | Hökməli sakinlərini boğaza yığan mənzərə - Baku TV
- Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
