Pleyeri seçin:

"Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV

08 avqust 2026 354 baxış

Qazax rayonunun İkinci Şıxlı kəndinin bir qrup sakini Baku TV-nin qaynar xəttinə müraciət edib.

Sakinlər iddia edirlər ki, yaşayış evlərinin yaxınlığında yanacaqdoldurma məntəqəsi inşa edilir və bu onların həyatı və əmlakı üçün təhlükə yarada bilər.

Sakinlərin sözlərinə görə, ərazidə tikinti işləri 2025-ci ildən aparılır. Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Etirazlardan sonra tikinti işlərinin müəyyən müddət dayandırıldığını, lakin bir neçə ay sonra yenidən başladıldığını deyirlər.

Sakinlər obyektin evlərə çox yaxın məsafədə yerləşdiyini iddia edirlər. Onların sözlərinə görə, tikinti nəticəsində təsərrüfat sahələrinə və heyvanların çıxarılması üçün istifadə olunan yollara giriş də çətinləşib.

“Biz burada yaşaya bilmirik. Təsərrüfatımız, mal-qaramız var. Yanacaqdoldurma məntəqəsi evə bitişikdir. Uşaqlar məktəbə gedirlər, yol tapa bilmirlər”, – deyə şikayətçi narazılığını dilə gətirib.

Baku TV məsələ ilə bağlı tikintini həyata keçirən tərəfin də mövqeyini öyrənib. Şirkət nümayəndəsi sakinlərin iddialarını əsassız və qərəzli hesab edir.

“Sakinlərin bildirdiyi tam olaraq əsassızdır, qərəzlidir və şər-böhtan xarakteri daşıyır. Hər şeyi bir nəfər vətəndaş təşkil edir. Həmin şəxs də bizə məlumdur və onun barəsində qanunvericiliyə uyğun tədbir görüləcək”, – deyə o bildirib.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 354 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 354 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 354 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 354 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 354 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 354 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 354 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 354 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 354 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 354 baxış
Seçilmişlər
icon