Bina sakinləri çətin vəziyyətdə | Damdan axan suya niyə müdaxilə edilmir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında vətəndaş Lalə Bayramova Abşeron rayonunun Masazır qəsəbəsində üç il əvvəl “Xəzri İnşaat” şirkətindən binanın altıncı mərtəbəsində mənzil aldığını bildirib.
Şikayətçinin sözlərinə görə, mənzillər 2016-cı ildən satışa çıxarılsa da, indiyədək çıxarışlar verilməyib. Bundan əlavə, binada ciddi su problemi yaşanır.
“Binanın vəziyyəti bərbaddır. Yağıntılar zamanı evə dəhşətli dərəcədə su damır. Mənzili satışa çıxara bilmirəm. 2016-cı ildən inşa olunmasına baxmayaraq, evə çıxarış verilmir. Şirkət rəhbərliyinə müraciət etsəm də, şikayətimə heç vaxt məhəl qoyulmayıb”, – vətəndaş söyləyib.
Qarşı tərəf isə məsələ ilə bağlı araşdırma aparılacağını və lazımi tədbirlərin görüləcəyini bildirib.
#Masazır teqi istifadə olunub
- “Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV
- Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
