"Gəlib gördüm ki, evimi vurub dağıdırlar" | Vətəndaşın evi qanunsuz sökülüb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Görədil bağ massivində yerləşən evinin heç bir xəbərdarlıq edilmədən söküldüyünü bildirir. O, baş verənlərə görə Binəqədi Rayon İcra Hakimiyyətini və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məsul hesab edir.
Şikayətçinin sözlərinə görə, ona ərazinin 2040-cı ilin Baş Planına uyğun olaraq iaşə obyektləri üçün nəzərdə tutulduğu bildirilib. B.Alışov mülkiyyət hüququnu qorumaq üçün məhkəməyə müraciət edərək qalib gəldiyini vurğulayıb.
B.Alışov mülkiyyət toxunulmazlığı hüququna istinad edərək heç bir qurumun onun evinə toxunmaq səlahiyyətinin olmadığını qeyd edib.
Şikayətçi bildirib ki, rəsmi qurumlar söküntüdə iştirak etmədiklərini desələr də, ərazidə işləyən traktorların, maşın nömrələrinin və şəxslərin fotoları mövcuddur.
Binəqədi Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, sözügedən ərazi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş Planına əsasən, çoxfunksiyalı ictimai-işgüzar zonasında yerləşdiyindən həmin ünvanda fərdi yaşayış evi tikilməsi məqsədəuyğun hesab edilməyib:
“Həmçinin Bəhruz Alışovun müraciəti müsbət təmin edilmədiyindən o, iddia ərizələri ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Hazırda məhkəmənin icraatında inzibati işlərə baxılır. Bəhruz Alışov Rayon İcra Hakimiyyətində dəfələrlə qəbul edilərək şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri ona ətraflı izah edilib”.
#Binəqədi teqi istifadə olunub
- 28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir
- Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV
- “Dəhşətli qoxu gəlir, gediş-gəliş çətinləşir” | Hökməli sakinlərini boğaza yığan mənzərə - Baku TV
- Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
