Atəş mövqeləri tutuldu | Hərbçilərə tapşırıq verildi
2024-cü il üçün hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrində "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda keçirilən yarışın əsas məqsədi şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.
Üç mərhələdə keçirilən yarışda hərbi qulluqçuların ixtisas hazırlığı üzrə nəzəri, praktiki bilik və bacarıqları, eləcə də batareyanın döyüş hazırlığı və uçot sənədləri yoxlanılıb.
Yarışın sonuncu mərhələsində praktiki olaraq batareyanın döyüş hazırlığı, atəşin idarəolunması və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra edilib. Yarışın ümumi nəticələrinə əsasən, qaliblər müəyyən olunub.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
