Cəmiyyət
Pleyeri seçin:
Avtobus sürücülərini zolaqdan çıxmağa məcbur edən səbəb | Qurumdan mühüm açıqlama
Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 35 ünvanında sürücülər avtobusların hərəkəti üçün ayrılmış zolaqdan istifadə etməkdə çətinlik çəkirlər.
Avtobus sürücüləri deyirlər ki, yolun kənarındakı ağacların budaqlarının zolağa doğru əyilməsi hərəkətə mane olur. Ona görə də onlar yolun digər hissəsinə keçirlər.
“Bu ağaclar mütləq kəsilməlidir. Zolağa girə bilmirik. Ağac vurub avtobusun “podpres”ini qırır”, – deyə sürücü narazılıq bildirib.
Kopyalandı
Seçilmişlər