Avtomobil bazarında son vəziyyət | Tələbat hansı avtomobillərədir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Hər həftəsonu avtomobil bazarında müəyyən canlanma müşahidə olunsa da, son aylarda bazarda nəzərəçarpacaq durğunluq hökm sürür.
Satıcıların sözlərinə görə, bunun əsas səbəbi alıcıların elektrik mühərrikli avtomobillərə üstünlük verməsidir.
Baku TV məsələni araşdırmaq üçün paytaxtdakı avtomobil bazarlarından birində olub.
Bazarda aparılan müşahidələr və satıcılarla söhbətlər zamanı bildirilib ki, hazırda təklif çox, alıcı isə azdır. Bəzi satıcılar avtomobillərini artıq bir neçə həftədir bazara çıxarsalar da, hələ də sata bilmədiklərini deyirlər.
Xüsusilə iri mühərrikli benzinlə işləyən avtomobillərə maraq kəskin azalıb. Alıcılar daha çox qiyməti 13-15 min manat arasında olan, kiçik və orta mühərrikli avtomobillərə üstünlük verirlər. Lakin bu qiymət aralığında seçim imkanları məhduddur.
Satıcıların sözlərinə görə, paytaxtdakı tıxaclar və yanacaq xərclərinin yüksək olması sürücüləri daha qənaətcil, xüsusilə elektrik mühərrikli avtomobillərə yönəldir. Bazara gələn alıcıların əksəriyyətini isə bölgələrdən gələn vətəndaşlar təşkil edir.
Nəticədə, avtomobil bazarında müşahidə olunan durğunluq bu həftə də davam edir.
#Avtomobil bazarı teqi istifadə olunub
- Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV
- Maşın həvəskarlarının seçimi dəyişir | Gürcüstan bazarı niyə cəlbediciliyini itirdi? - Baku TV
- "Vəziyyət heç də ürək açan deyil" | Avtomobil bazarında əvvəlki hərəkətlilik niyə azalıb? - Baku TV
- Ekspertlər avtomobil bazarındakı durğunluğun səbəblərini açıqladı - Baku TV
- "Keyfiyyətdən kəsirlər" | Avtomobil bazarında hansı dəyişikliklər olacaq? - NECƏ OLMALIDIR?
