Pleyeri seçin:

Ayağını don vurdu, gerçək güllələrlə atışma səhnəsi çəkildi: "Fəryad" filmindən faktlar - ARAŞDIRMA

27 sentyabr 2023 793 baxış

Azərbaycan kino tarixində müharibə haqqında çəkilmiş ən təsirli filmlərdən biri, bəlkə də elə birincisi Ceyhun Mirzəyevin “Fəryad”ıdır.

“Fəryad”ın mövzusu ağrılı olsa da, həm ssenarist Vaqif Mustafayev, həm də rejissor Ceyhun Mirzəyev ironiyası, yumoru filmə ayrı intonasiya gətirib.

“Fəryad” filmi Birinci Qarabağ müharibəsi zamanında çəkilsə də, ümidlə dolu filmdir. Həmçinin bu əsər real azərbaycanlı və erməni xarakterini dəqiq ifadə etməsi baxımından fərqlənir.

“Ögey ana” filmindən yaxşı tanıdığımız İsmayıl böyüyüb və indi vətəni qorumaq üçün ön cəbhədədir. “Fəryad”ın qəhrəmanı İsmayıl həm “Kəndimiz” oxuyan, həm də bacısından ötrü dağlara itburnu çiçəyi yığmağa gedib, həyatını təhlükəyə atan adamdır.

Yəni ərköyün, həmçinin saf ürəkli İsmayıl məhz belə adama, “Fəryad”da qız uşağına işgəncə verdiyi üçün erməninin üstünə qorxmadan şığıyan, qisasını almadan dincəlməyən qeyrətli kişiyə çevrilməli idi.

“Fəryad” filminin çəkilişləri zamanı Ceyhun Mirzəyev bir neçə dəfə təhlükə ilə üz-üzə qalıb. Filmdə balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və təcavüzkarı öldürür. Bu səhnədə aktyor ağacların arasında qaçdığı yerdə birdən yıxılır. Ceyhunun yıxıldığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilibmiş. Aktyor onu son anda görüb, əli ilə itələyib yıxılmasaydı, ip onun boğazını üzərdi.

Filmdə İsmayılın həbsxanada döyülmə səhnəsinin daha canlı alınması üçün rejissor aktyor yoldaşlarından xahiş edib ki, onu doğrudan da döysünlər, hətta lazım gəlsə, zədə alana kimi döysünlər. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılıların rollarında elə Xocalı sakinləri çəkilib.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 793 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 793 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 793 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 793 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 793 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 793 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 793 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 793 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 793 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 793 baxış
Seçilmişlər
icon