Pleyeri seçin:

Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub - Baku TV

11 mart 2026 156 baxış

Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğasının qalibləri elan olunub.

Üçüncü dalğa çərçivəsində ümumilikdə 196 fərdi və 53 komanda olmaqla 249 müraciət daxil olub. Bunlardan müsabiqə mərhələsinə seçilmiş 60 layihədən 10-u qalib olub. Seçilmiş layihələr texnologiya, təhsil, aqroinnovasiya, ekologiya, mədəniyyət, sosial və elmi tədqiqatlar kimi istiqamətləri əhatə edir.

Qaliblər arasında robot qol layihəsi, sərgi üçün multimedia layihəsi, fermerlər üçün analitik platforma, gənc ailələr üçün təhsil paketi, səyyar kino nümayişlərinin təşkili, veteranların əmək bazarına uyğunlaşdırılması üzrə sosial model, süni intellekt əsaslı təhsil platforması, elektrotexnika və avtomatika üzrə təlim layihəsi, süni intellektdən istifadə edilən ağıllı ekoloji layihə və Qarabağın Paleolit irsinin rəqəmsal sənədləşdirilməsi layihəsi yer alıb.

Üçüncü dalğanın qalibləri arasında təkcə Bakıdan deyil, həmçinin Gəncə, Qəbələ, İsmayıllı, Ağstafa və Xankəndidən olan iştirakçılar da var. Hər bir qalibə 5000 manata qədər maliyyə dəstəyi verilir. Bundan əlavə, layihələrin daha keyfiyyətli planlaşdırılması və dayanıqlı şəkildə həyata keçirilməsi üçün peşəkar və praktiki tövsiyələr, həmçinin təşəbbüslərin tətbiqi mərhələsində texniki dəstək təqdim olunacaq.

Azad Mirzəcanzadə inkişaf proqramı bundan sonra da dəyərlərə əsaslanan yanaşma ilə insan kapitalının inkişafına diqqət yetirəcək və 15–35 yaş arası Azərbaycan vətəndaşlarının potensialının üzə çıxarılmasına töhfə verməyə davam edəcək.

"Şükür ki, qaçqınlıq statusu bizdən getdi" | Kəlbəcərə qayıdan ailənin hekayəsi - Baku TV

"Şükür ki, qaçqınlıq statusu bizdən getdi" | Kəlbəcərə qayıdan ailənin hekayəsi - Baku TV

Cəmiyyət
15 may 2026 156 baxış
Sınaq imtahanlarının səviyyəsi ilə bağlı vacib açıqlamalar - HANSI İXTİSAS?

Sınaq imtahanlarının səviyyəsi ilə bağlı vacib açıqlamalar - HANSI İXTİSAS?

Cəmiyyət
15 may 2026 156 baxış
Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR?

Burada maşın saxlamaq da, hərəkət etmək də müşkülə çevrilib - NECƏ OLMALIDIR?

Cəmiyyət
15 may 2026 156 baxış
Masazırda təhlükə yaradan bina tikilir? - "Qonşu evini satdı, onda bildik ki..." - Baku TV

Masazırda təhlükə yaradan bina tikilir? - "Qonşu evini satdı, onda bildik ki..." - Baku TV

Cəmiyyət
15 may 2026 156 baxış
Belarusun ləzzətli və keyfiyyətli süd məhsullarını artıq “Araz”dan ala bilərsiniz - Baku TV

Belarusun ləzzətli və keyfiyyətli süd məhsullarını artıq “Araz”dan ala bilərsiniz - Baku TV

Cəmiyyət
15 may 2026 156 baxış
"Sözlə ifadə olunmayacaq qədər dəyərlidir" | "İstisu" mineral su zavodundan görüntülər - Baku TV

"Sözlə ifadə olunmayacaq qədər dəyərlidir" | "İstisu" mineral su zavodundan görüntülər - Baku TV

Cəmiyyət
15 may 2026 156 baxış
"Çox ümidli idik ki, qayıdacağıq" | Yurd həsrəti bitən sakinlər danışdı - Baku TV

"Çox ümidli idik ki, qayıdacağıq" | Yurd həsrəti bitən sakinlər danışdı - Baku TV

Cəmiyyət
15 may 2026 156 baxış
Kəlbəcərdə yeni salınan yaşayış məntəqəsi | Zar Azərbaycanın ən müasir kəndlərindən biri olacaq

Kəlbəcərdə yeni salınan yaşayış məntəqəsi | Zar Azərbaycanın ən müasir kəndlərindən biri olacaq

Cəmiyyət
15 may 2026 156 baxış
"Əgər avtobusların hərəkətinə maneə yaranmasa..." | AYNA sədrindən açıqlama - Baku TV

"Əgər avtobusların hərəkətinə maneə yaranmasa..." | AYNA sədrindən açıqlama - Baku TV

Cəmiyyət
14 may 2026 156 baxış
“Şükür, yeni animatorlar yetişir” | Bakıda 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı - Baku TV

“Şükür, yeni animatorlar yetişir” | Bakıda 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı - Baku TV

Cəmiyyət
14 may 2026 156 baxış
Seçilmişlər
icon