Pleyeri seçin:

AZAL-da texniki problemlər seriyası | Təyyarələrdə nə baş verir?

20 oktyabr 2025 646 baxış

AZAL-ın Sankt-Peterburq-Bakı istiqamətində uçuş həyata keçirən “Airbus A320” tipli təyyarəsində havaya qalxandan bir qədər sonra texniki nasazlıq aşkarlanıb.

Şassi mexanizminin işləməməsi səbəbindən ekipaj SOS siqnalı verib və Pulkovo hava limanına qayıtmaq qərarı alıb. Təyyarə 4 saata yaxın havada dövrə vuraraq yanacağı azaldıb, daha sonra fövqəladə eniş edib. Enmə zamanı təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Bortda 155 sərnişin olub. Xoşbəxtlikdən xəsarətalan olmayıb.

“Panika var idi, dualar, qışqırıqlar eşidilirdi. Amma pilotlar çox peşəkar davrandı, uğurla endik”, – deyə sərnişinlərdən biri bildirib.

Hadisə səbəbindən hava limanı qısa müddətlik uçuş və enişləri dayandırıb, lakin zolağın yoxlanmasından sonra fəaliyyət bərpa olunub.

AZAL hadisə ilə bağlı araşdırmanın aparıldığını təsdiqləyib. Texniki problemlər təkcə bu reyslə məhdudlaşmayıb. Oktyabrın 19-da Paris-Bakı istiqamətindəki uçuş da təyyarədəki nasazlıq səbəbindən təxirə salınıb.

Bu barədə məlumatı Baku TV-yə həmin reysin sərnişinləri veriblər. Uçuş yalnız oktyabrın 20-də həyata keçirilib.

Ekspertlər təyyarədə yaranan problemin kiçik texniki nasazlıq olduğunu deyirlər.

“Təyyarədə nasazlıq dedikdə kiçik texniki uyğunsuzluqlar, məsələn, sensor siqnalı, təzyiq fərqi və s. nəzərdə tutulur. Bunlar normal və gözlənilən hallardır. Bir təyyarədə eyni nasazlıq davamlı olaraq təkrarlanırsa, bu artıq struktur, texniki xidmət və menecment səviyyəsində problem hesab edilir”, – deyə təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev qeyd edib. 

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti nə qədər olacaq? | QMİ-dən açıqlama - Baku TV CANLI

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Gəlirlər 46% artdı, amma “Azərxalça” niyə zərərdə qaldı? - MÜSAHİBƏ

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

"Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 sentyabr 2026 646 baxış
Seçilmişlər
icon