Pleyeri seçin:

Azər Maqsudov zərərçəkənlə barışmayıb? | Məhkəmə prosesi

22 oktyabr 2025 532 baxış

Bakıda türkoloq alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim, baş toksikoloq Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə baş tutan prosesdə hadisə ilə bağlı rəy verən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyevin ifadəsi dinlənilib.

Ekspertlər öz növbəsində hadisə ilə bağlı verdikləri rəydə hər hansı bir ziddiyətin olmadığını bildiriblər.

Daha sonra prosesdə təqsirləndirilən Azər Maqsudov ona qarşı qaldırılan mülki iddiaya münasibət bildirərək vurğulayıb ki, daha əvvəl mərhumun böyük qardaşı ilə danışaraq ortaq məxrəcə gəliblər. Lakin sonradan həmin şəxsin həyat yoldaşı Türkiyədən zəng edərək razılaşmadıqlarını bildirib.

Azər Maqsudovun sözlərinə görə, qəza zamanı həyatını itirən Arif Acaloğlunun yaxınları ondan Bakıda iki ədəd ikiotaqlı ev istəyiblər. Qarşı tərəfin həkimə qarşı mülki iddiası 400 min manat olsa da, tərəflərin danışıqlarından sonra bu rəqəm 250 min manatadək endirilib. Buna baxmayaraq, cavabdeh olan Azər Maqsudov zərərçəkən tərəfə yalnız 45 min manat ödəmək iqtidarında olduğunu bildirib.

Zərərçəkən tərəfin vəkilləri əlavə ediblər ki, hazırda qarşı tərəflə barışıq əldə olunmayıb.

Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Dövlət ittihamçısı isə çıxış üçün vaxt istəyib.

AQP brifinqdə qiymətləndiricilərlə bağlı yeni mərhələnin detallarını bölüşüb - Baku TV

AQP brifinqdə qiymətləndiricilərlə bağlı yeni mərhələnin detallarını bölüşüb - Baku TV

Cəmiyyət
25 iyun 2026 532 baxış
Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV

Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV

Cəmiyyət
25 iyun 2026 532 baxış
Kontent yaradıcıları “TikTok”da milyonlarla baxış toplamağın sirrini açıqladı

Kontent yaradıcıları “TikTok”da milyonlarla baxış toplamağın sirrini açıqladı

Cəmiyyət
24 iyun 2026 532 baxış
"Bilən də, bilməyən də dindən danışır” | Dinin təbliğində nələr səhv edilir? - AMİN

"Bilən də, bilməyən də dindən danışır” | Dinin təbliğində nələr səhv edilir? - AMİN

Cəmiyyət
24 iyun 2026 532 baxış
Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş yubiley gecəsi - Baku TV

Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş yubiley gecəsi - Baku TV

Cəmiyyət
24 iyun 2026 532 baxış
Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu - Baku TV

Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu - Baku TV

Cəmiyyət
24 iyun 2026 532 baxış
"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

Cəmiyyət
24 iyun 2026 532 baxış
“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

Cəmiyyət
24 iyun 2026 532 baxış
Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Cəmiyyət
24 iyun 2026 532 baxış
“220 min pul gedib, deyir ki...” | Evə görə vətəndaşın başına oyun açdılar? - Baku TV

“220 min pul gedib, deyir ki...” | Evə görə vətəndaşın başına oyun açdılar? - Baku TV

Cəmiyyət
24 iyun 2026 532 baxış
Seçilmişlər
icon