Pleyeri seçin:

Məşhur həkim Azər Maqsudovun törətdiyi qəzanın təfərrüatı

22 oktyabr 2024 373 baxış

Bakıda türkoloq alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim, baş toksikoloq Azər Maqsudovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən həkimin həyat yoldaşı Günay Maqsudovanın ifadəsi dinlənilib. O, ifadəsində həyat yoldaşının günahsız olduğuna əmin olduğunu vurğulayaraq bir neçə ildir ki, həmin yolla ailəsi ilə birlikdə təhlükəsiz, qəzasız getdiyini deyib. Hadisə baş verən gün isə özü ilə yanaşı, qızı da avtomobildə olub. Sabunçu-Zabrat istiqamətində hərəkətdə olarkən qəfil sağ tərəfdən eşidilən zərbə səsi onları avtomobili saxlamağa məcbur edib. Avtomobildən düşdükdən sonra zərbədən kiminsə yıxıldığını görüblər. Bundan sonra Azər Maqsudov avtomobildə yer olmadığı üçün qızını hadisə yerində qoyaraq həyat yoldaşı Günay Maqsudova ilə birgə yaralını Sabunçudakı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar. Hadisə nəticəsində ağır xəsarət alan türkoloq alim Arif Acaloğlu xəstəxanada dünyasını dəyişib.

Cinayət işinin ibtidai istintaq zamanı həyata keçirilən müəyyən prossesual hərəkətlər barədə yaranan sualları cavablandırmaq üçün cinayət işi icraatında iştirak edən Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Samir Kərimov prosesə dəvət olunaraq müəyyən qaranlıq məqamlara aydınlıq gətirib.

Növbəti proses noyabrın 7-nə təyin olunub.

Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? | "Çin öz xeyrinə olanı edəcək" - Baku TV

Tanınmış brendlər elektromobillərə niyə "yox" dedi? | "Çin öz xeyrinə olanı edəcək" - Baku TV

Cəmiyyət
25 mart 2026 373 baxış
Əsl dağ balı necə hazırlanır? | Kəlbəcərli müəllim Baku TV-yə danışdı - Baku TV

Əsl dağ balı necə hazırlanır? | Kəlbəcərli müəllim Baku TV-yə danışdı - Baku TV

Cəmiyyət
25 mart 2026 373 baxış
"İnancı olmayan filosof ola bilməz" | Elm və din arasında ziddiyyət nə vaxt yaranır? - AMİN

"İnancı olmayan filosof ola bilməz" | Elm və din arasında ziddiyyət nə vaxt yaranır? - AMİN

Cəmiyyət
25 mart 2026 373 baxış
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" | Bibi və qardaşı qızı arasında ev davası - Baku TV

"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" | Bibi və qardaşı qızı arasında ev davası - Baku TV

Cəmiyyət
25 mart 2026 373 baxış
İllər sonra Xocalının Təzəbinə kəndində sakinlərin bayram sevinci - Baku TV

İllər sonra Xocalının Təzəbinə kəndində sakinlərin bayram sevinci - Baku TV

Cəmiyyət
25 mart 2026 373 baxış
“Doğrayıb aparacaqlar” | Baku TV Bibiheybətdəki “gəmi qəbiristanlığı”nda - Baku TV

“Doğrayıb aparacaqlar” | Baku TV Bibiheybətdəki “gəmi qəbiristanlığı”nda - Baku TV

Cəmiyyət
25 mart 2026 373 baxış
Bakıda kirayə qiymətləri son bir ildə niyə bu qədər artıb? - Baku TV

Bakıda kirayə qiymətləri son bir ildə niyə bu qədər artıb? - Baku TV

Cəmiyyət
25 mart 2026 373 baxış
"İldırımdan qorunmaq üçün bunları edin" | FHN əhaliyə xəbərdarlıq etdi - Baku TV

"İldırımdan qorunmaq üçün bunları edin" | FHN əhaliyə xəbərdarlıq etdi - Baku TV

Cəmiyyət
25 mart 2026 373 baxış
Alimlərdən xərçəng xəstəliyi barədə vacib araşdırma

Alimlərdən xərçəng xəstəliyi barədə vacib araşdırma

Cəmiyyət
25 mart 2026 373 baxış
Şamaxıda heyvandarlıq kompleksi fəaliyyətə başlayıb - Baku TV

Şamaxıda heyvandarlıq kompleksi fəaliyyətə başlayıb - Baku TV

Cəmiyyət
25 mart 2026 373 baxış
Seçilmişlər
icon