Pleyeri seçin:
Azərbaycan İrana nota verdi
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşı Fərid Səfərlinin vəziyyətinə aydınlıq gətirilməsi məqsədilə İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.
Bunu XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Baku TV-nin sorğusuna cavabında bildirib.
“Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə XİN müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə A.Hacızadə qeyd edib.
Kopyalandı
#Azərbaycan XİN teqi istifadə olunub
- Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI
- İki ölkənin rəsmiləri arasında danışıqlar keçirilib | Əməkdaşlıq imkanları müzakirə olunub - Baku TV
- “Bunun nə vaxt olacağını bilmirəm, amma...” | Simonyandan Bakının açıqlamasına reaksiya - Baku TV
- Gizli məqsəd nədir? | Bakı Aİ-nin müşahidə missiyasının önə çəkilməsindən narahatdır - Baku TV
- Ceyhun Bayramov italiyalı həmkarı ilə görüşdü
