Badara sakinləri Prezidentlə görüşün təəssüratlarını bölüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
"Bundan gözəl gün yoxdur!" — Xocalının Badara kəndinə onilliklər sonra qayıdan sakinlər doğma yurd həsrətinin bitməsini belə ifadə edirlər. Baku TV-nin reportajında sentyabrın 15-də Prezident İlham Əliyevin Badara kəndində sakinlərlə keçirdiyi səmimi görüşün pərdəarxası və sakinlərin ürək sözləri yer alıb. Dövlət başçısının köçmüş ailələrin evlərinə qonaq olması, onlarla çay süfrəsi arxasında söhbət etməsi və kəndin bərpası ilə bağlı verdiyi mesajlar böyük ruh yüksəkliyi ilə qarşılanıb. Süjetdə həmçinin kənddə aparılan sürətli tikinti işləri, bərpa edilən evlər və Badarada yeni həyata başlayan ailələrin məişət qayğıları nümayiş etdirilir. Otuz illik ayrılıqdan sonra ədalətin bərpası və doğma torpaqda qurulan yeni həyatın təəssüratları Baku TV-nin özəl buraxılışında.
#Xocalı teqi istifadə olunub
- "Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"
- Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV
- Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
