Cəmiyyət
Pleyeri seçin:
Bakıda çirklənmiş heykəlləri kimlər təmizləməlidir? | Qurumlar üz-üzə gəldi
Uzun illərdir paytaxt Bakıda tarixi şəxsiyyətlərin heykəllərinin çirkli və baxımsız vəziyyəti gündəmdən heç düşmür. Hər dəfə də aidiyyəti qurumlar məsələni öz üzərindən atır.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxtdakı heykəllərə Mədəniyyət Nazirliyinə aid qurumlar xidmət göstərir:
“Heykəllər incəsənət əsəri olduğundan onların yuyulması bu sahədə xüsusi bacarığı olan peşəkarlar tərəfindən həyata keçirilməlidir”.
Mədəniyyət Nazirliyindən isə bildirilib ki, qurum yalnız heykəllərin sifariş olunması, bununla bağlı müsabiqələrin elan olunması, heykəllərin bədii baxımdan dəyərləndirilməsi kimi prosesleri həyata keçirir.
Kopyalandı
Seçilmişlər