Pleyeri seçin:

Bakıda əyləncənin yeni ünvanı: "BIMLAND"da uşaqları nələr gözləyir? - Baku TV

17 iyul 2026 456 baxış

Uşaqların təhlükəsiz, maraqlı və keyfiyyətli istirahətinin təşkili məqsədilə yaradılan məkanların sayı artır. Bu istiqamətdə növbəti layihə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda həyata keçirilib.

Azərbaycanın ən böyük açıq hava uşaq əyləncə mərkəzlərindən biri hesab edilən “BİMLAND”ın rəsmi açılışı baş tutub. Müxtəlif attraksionlar, batutlar, ailəvi istirahət zonaları və əyləncə proqramları ilə diqqət çəkən məkan ilk ziyarətçilərini qəbul edib.

Mərkəz ümumilikdə 7 min kvadratmetr ərazini əhatə edir. Burada müxtəlif yaş qruplarından olan uşaqlar üçün texniki və mexaniki attraksionlar, eləcə də geniş batut zonaları yaradılıb.

“Bakıda belə bir məkanın yaradılması çox gözəldir. Burada hər cür şərait var və müxtəlif yaş qruplarından olan uşaqlar nəzərə alınıb”, – deyə valideynlərdən biri bildirib.

Mərkəzi ziyarət edən uşaqlar da yaradılan şəraitdən razı qaldıqlarını deyiblər.

“Burada çox maraqlı oyunlar var. Hər şey xoşuma gəldi. Ümid edirəm ki, hamı gəlib burada əylənəcək. Havanın sərin olması da istirahəti daha rahat edir”, – deyə azyaşlı ziyarətçilərdən biri söyləyib.

Layihənin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Bakı İllüziya Muzeyinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəldiyi vurğulanıb.

“Bakı İllüziya Muzeyi artıq dörd aydır fəaliyyət göstərir. Bu müddət ərzində çoxsaylı ailələrin və uşaqların sevincinə şahid olduq. Uşaqlar üçün daha böyük əyləncə məkanına ehtiyac olduğunu nəzərə alaraq bu layihəni həyata keçirdik. Bu gün Azərbaycanın ən böyük açıq hava uşaq əyləncə mərkəzlərindən birinin açılışını edirik”, – deyə Bakı İllüziya Mərkəzinin direktoru Tofiq Sadıqov bildirib.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 456 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 456 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 456 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 456 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 456 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 456 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 456 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 456 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 456 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 456 baxış
Seçilmişlər
icon