Bakıda genişmiqyaslı yol təmiri aparılır | AAYDA-dan son vəziyyətlə bağlı məlumat - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində genişmiqyaslı yol təmiri işləri davam etdirilir. Proqram çərçivəsində paytaxtın 12 inzibati rayonunda ümumilikdə 110 küçə və prospektin əsaslı şəkildə təmiri nəzərdə tutulub.
Qeyd edək ki, ümumilikdə təmir işlərinə tədris ili başa çatdıqdan dərhal sonra – 15 iyun tarixində start verilib. Buna səbəb isə şəhərdə nəqliyyatın hərəkət intensivliyinin azalmasından maksimum şəkildə istifadə etmək olub.
İşlər paralel şəkildə bir neçə ünvanda aparılıb. Prioritet isə nəqliyyat yükünün daha yüksək olduğu küçə və prospektlərə verilib. Tədris ili başlayanadək Yasamal, Nərimanov, Xətai, Nizami, Səbail və Nəsimi rayonlarında proqram üzrə nəzərdə tutulan işlər tamamlanıb.
Qeyd edək ki, nəzərdə tutulan 110 küçə və prospektin artıq 72-də təmir işləri başa çatdırılıb. Digər küçələrdə isə qrafik üzrə təmir işləri davam etdirilir və yaxın günlərdə mərhələli şəkildə başa çatdırılması nəzərdə tutulub.
#Təmir işləri teqi istifadə olunub
- Bakıda təmirə görə yollar bağlanır | Paytaxtda hərəkət sxemi dəyişir - Baku TV CANLI
- Masallıda məktəbdə aparılan təmir işləri sakinlərin narazılığına səbəb olub - Baku TV CANLI
- Təmir işləri niyə dərslər başlayan kimi yada düşür? - Nəsimidə xaotik vəziyyət - Baku TV
- Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI
- 8 Noyabr prospektində yenilik | Bu hissələrdə diqqətli olun - Baku TV CANLI
