Pleyeri seçin:

Bakıda illər sonra bu dəmir yolu xətti bərpa olunur | Maştağada hansı ərazilər söküləcək? - Baku TV

23 iyul 2026 461 baxış

2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə də mövcud xətlərin bərpası nəzərdə tutulur.

Proqram çərçivəsində Zabrat–Maştağa–Bağlar dəmir yolu xətti də yenidən istifadəyə veriləcək. Hazırda Maştağa qəsəbəsində hazırlıq və işarələmə işlərinə başlanılıb.

Ərazidə yerləşən köhnə Maştağa dəmir yolu stansiyasının binasının təmir edilərək sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Uzun müddətdir fəaliyyət göstərməyən xəttin keçdiyi ərazini hazırda kol-kos bassa da, yaxın gələcəkdə burada dəmir yolu infrastrukturu bərpa olunacaq.

Layihənin icrası zamanı dəmir yolunun mühafizə zolağına düşən bəzi fərdi yaşayış evləri və yarımçıq tikililər söküləcək.

Plana düşən evlərin müəyyənləşdirilməsi üçün işarələmə aparılıb, mülkiyyət sahibləri ilə söhbətlər keçirilib və onlara söküntü barədə məlumat verilib. Bildirilib ki, sakinlərə qanunvericiliyə uyğun kompensasiya ödəniləcək.

Bundan əvvəl də Suraxanı və Hövsan ərazilərində dəmir yolu xəttinin bərpası məqsədilə söküntü işləri aparılıb. Suraxanı bazarının bir hissəsi və Hövsanda yerləşən bəzi fərdi yaşayış evləri sökülüb, sahiblərinə kompensasiya verilib.

Zabrat–Maştağa–Bağlar dəmir yolu xəttinin istifadəyə verilməsi ilə həmin ərazilərdə yaşayan sakinlərin paytaxtın müxtəlif istiqamətlərinə gediş-gəlişinin daha rahat və əlçatan olacağı gözlənilir.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 461 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 461 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 461 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 461 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 461 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 461 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 461 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 461 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 461 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 461 baxış
Seçilmişlər
icon