Pleyeri seçin:

Bakıda mikromobillik infrastrukturunun inkişafının əhəmiyyəti

31 yanvar 2025 583 baxış

İndiyədək Bakı şəhərində 31 küçə və prospektdə mikromobillik zolağı təşkil edilib. Zolaqların 100 km-ə çatdırılması nəzərdə tutulur.

Hazırda paytaxtda operatorlar tərəfindən 4760 ədəd mikromobillik vasitəsi icarəyə verilir. Sentyabr-dekabr ayları ərzində operatorlar tərəfindən 850 944 sifariş qəbul olunub.

Mikromobillik vasitələri ilə 2 244 302 km məsafə qət edilib.

Qısa məsafələr üçün nəzərdə tutulan bu alternativ nəqliyyat vasitələrinin bir sıra üstünlükləri var. Mikromobilllik şəbəkəsinin genişləndirilməsi ümumilikdə şəhərdə vətəndaşların mobilliyini artırır. Bundan başqa, ekoloji mühitə və əhalinin sağlamlığına müsbət təsir edir.

Ən önəmli məqam isə mikromobillikdən istifadə mərkəzdə avtomobillərdən istifadəni və sıxlığı azaldır. Mikromobillik vasitələri ilə qət edilmiş km-lər əks halda avtomobillərlə ediləcəkdi.

Sevindirici haldır ki, Bakıda velosiped və skuterlərin istifadəsi beynəlxalq göstəricilərdən yüksəkdir. Belə ki, beynəlxalq göstəricilərə əsasən, 1 velosiped gün ərzində 4-5 dəfə istifadə olunursa, Bakıda bu say 12-dir. Bu da mikromobillik vasitələrinin artırılmasına tələbatın olduğunu göstərir.

Nəzərə almaq lazımdır ki, yolların genişləndirilməsi ilə mərkəzdə sıxlığın azaldılması mümkün deyil. Bu, yalnız mərkəzdə avtomobillərin istifadəsinin azaldılması, əvəzində ictimai nəqliyyatın (metro, avtobus) inkişaf etdirilməsi, onlara üstünlük verilməsi və alternativ mobillik imkanları ilə mümkündür.

Əvvəlcədən infrastruktur yaradılmadan mikromobilliyin inkişafı mümkün deyil. Bütün ölkələrdə bu, belə olub. Bakıda mikromobillik infrastrukturun qurulması prosesində beynəlxalq təcrübə nəzərə alınıb. Barselona, Braqa, Nyu-York və Mayami kimi şəhərlərin təcrübəsindən istifadə olunub.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 583 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 583 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 583 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 583 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 583 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 583 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 583 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 583 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 583 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 583 baxış
Seçilmişlər
icon