Pleyeri seçin:

“Bakıda qala bilərsən, bakılı ola bilməzsən” | “Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” - O VAXTLAR

17 iyul 2026 417 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Əməkdar artist Gövhər Rzayeva olub.

Ailə həyatı və cehiz ənənələrindən danışan Gövhər Rzayeva hesab edir ki, gənc ailəyə hər şeyi hazır şəkildə vermək düzgün deyil.

Onun sözlərinə görə, ər-arvad müəyyən şeyləri birlikdə əldə etdikdə həm bir-birinə daha çox bağlanır, həm də qazandıqlarının qədrini bilir:

“Bizim qızlara çox cehiz verməsinlər. Hər şey hazır olanda kişinin marağı bayırda olur. Qoy özləri çalışsınlar, alsınlar, əziyyət çəksinlər. Onda onun qədrini bilərlər. Biləndə ki, bu stəkanın biri var, biri yoxdur, əl-ələ verib çalışırlar”.

Keçmiş toy adətlərini xatırlayan Əməkdar artist qadın və kişi rəqsləri arasında əvvəllər aydın fərq olduğunu bildirib. O, müasir dövrdə bu sərhədlərin getdikcə itdiyini deyib:

“Qadının qadın kimi oynamağı var, süzməyi, sındırmağı var. İndi elə oynayırlar ki, sanki kişi oynayır. Qadınlar kişiləşib, kişilər də qadınlaşıb. Bilmirəm, nə yeyirlər, nə içirlər, bu havada nə var”.

“Sovetski”də böyüdüyünü deyən Gövhər Rzayeva bakılı olmağın yalnız paytaxtda yaşamaqla ölçülmədiyini vurğulayıb. Onun sözlərinə görə, köhnə Bakı məhəllələrində insanların özünəməxsus qayda-qanunları, mehribanlığı və bir-birinə hörməti olub:

“Bakıda yaşaya bilərsən, amma bakılı ola bilməzsən. Mən “Sovetski”nin göbəyində böyümüşəm. Oranın qanunları, qaydaları var idi. Qonşu qonşunun dadına, hayına çatardı. Açarını qonşuya verirdin, evini öz evindən də yaxşı qoruyurdu”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 417 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 417 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 417 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 417 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 417 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 417 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 417 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 417 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 417 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 417 baxış
Seçilmişlər
icon