Pleyeri seçin:
Bakıdan Moskvaya uçuşlar təxirə salındı | AZAL-dan sərnişinlərə müraciət
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə, "Domodedovo" və "Vnukovo" aeroportlarına planlaşdırılan "J2-181" və "J2-807" nömrəli reysləri marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
"AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq", ‒ məlumatda bildirilib.
Kopyalandı
