Pleyeri seçin:

Vardanyanın məhkəməsində faciəvi hadisələrin detalları açıqlandı

10 dekabr 2025 691 baxış

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zərərçəkmiş şəxsin nümayəndəsi Azər Manafov ifadəsində bildirib ki, Ermənistanın mina terroru zamanı xəsarət alıb. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında baş verən mina partlayışı nəticəsində hadisə yerində olan bir neçə nəfərin yaralandığını, Cavid İsmayılovun isə həlak olduğunu deyib.

Zərərçəkmiş Yadulla Abuşov diqqətə çatdırıb ki, Kəlbəcər rayonu ərazisində düşmən tərəfindən minaatanlar və digər silahlardan açılan atəşlər nəticəsində bir neçə şəxs həlak olub, özü və daha bir neçə şəxs isə yaralanıb.

Sahil Salahovun sözlərinə görə, Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan mərminin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb, bir neçə şəxs isə həlak olub.

Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elan olunması ilə davam etdirilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Ötən məhkəmə iclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

İclasda həmçinin cinayət işi materiallarında olan ekspertiza rəyləri, protokollar və iş üzrə sübuti əhəmiyyət kəsb edən digər sənədlər elan olunub. Bununla da cinayət işi üzrə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan edilməklə tədqiqi başa çatıb.

Təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatətlə çıxış edərək, cinayət işi ilə bağlı bəzi sənədlərlə tanış olmaq istədiyini bildirib, eləcə də bəzi sənədlərin cinayət işindən xaric olunmasını xahiş edib.

Məhkəməyə sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin konkret hansı sənədlərlə tanış olmaq istədiyi müəyyənləşdirildikdən sonra ona müvafiq şərait yaradılacağını bildirib.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 691 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 691 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 691 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 691 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 691 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 691 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 691 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 691 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 691 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 691 baxış
Seçilmişlər
icon