Pleyeri seçin:

Bina sakinləri ayağa qalxdı | Qurumlar şikayətlərlə bağlı nə dedi? - Baku TV

10 dekabr 2025 678 baxış

Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 44A ünvanında yaşayan sakinlər binanın zirzəmisində çalışan zərgərlərin fəaliyyətindən narazıdırlar.

Onların sözlərinə görə, zərgərlik sexindən həm pis qoxu yayılır, həm də obyektlərin elektrik xətti binanın ümumi enerji təminatına qoşulub.

Sakinlərdən biri bildirib ki, obyektlərin fəaliyyəti binanın elektrik xəttinə əlavə yük yaradır:

“Azərişıq” işıq xəttimizi zərgərlərin istifadəsinə verib. Əgər partlayış baş versə, heç birimiz buradan sağ çıxa bilməyəcəyik”.

Digər bir vətəndaş isə təhlükənin qarşısının alınmamasından narazı olduğunu deyib:

“Burada ölüm olmasa, heç bir tədbir görməyəcəklər. İndidən şikayətimizi bildiririk, niyə baxmırlar?!”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, sakinlərin narahatlığı əsassızdır. Qurumun məlumatına görə, binaya verilən elektrik xətti ilə sexin enerji xətti bir-birindən ayrıdır.

Vətəndaşları narahat edən digər bir məqam – qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qeyd olunub ki, daxil olan şikayətlər əsasında Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun mütəxəssisləri tərəfindən ünvanda yoxlama aparılıb. Nəticədə, sexlərdən havaya atılan tullantıların normativ hədlər daxilində olduğu müəyyən edilib.

Banner
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 678 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 678 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 678 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 678 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 678 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 678 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 678 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 678 baxış
Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Bu kənddə adamlar niyə yoxa çıxır? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
01 noyabr 2026 678 baxış
Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Ailə münasibətlərində şəxsi azadlığın sərhədləri və qanunun tələbləri nələrdir? - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 678 baxış
Seçilmişlər
icon