Pleyeri seçin:

"Bakılılar bir-birinin arxasında dayanmır" | "Rayonlu idi deyə nişanı qaytarmaq istədi" - O VAXTLAR

18 sentyabr 2026 256 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini Məsumə İsayeva olub.

Verilişdə uşaqlıq illərindən, o dövrün qonşuluq münasibətlərindən danışan Məsumə İsayeva öz həyat hekayəsini bölüşüb.

Novxanı sakini həyat yoldaşı ilə tələbəlik illərində, eyni qrupda oxuyarkən tanış olduğunu bildirib. O, yoldaşının ona gözlənilməz bir üsulla hisslərini bəyan etdiyini xatırlayıb:

“Yoldaşım gördü ki, məni istəyənlər var, ürəyini açdı. Rusca məktub yazdı ki, “əgər mənə “hə” deməsən, özümü dördüncü mərtəbədən atacağam”. Mən də inandım, dedim, yazıqdır, özünü dördüncü mərtəbədən atar. Həm qrup yoldaşım idi, həm də xoşuma gəlirdi. Nərimanov parkında ona “hə” dedim”.

Gənc yaşlarında ailənin və qardaşlarının qoyduğu qayda-qanunlara ciddi əməl etdiklərini söyləyən Məsumə xanım bu səbəbdən hisslərini evdəkilərdən gizlətməyə məcbur olduğunu deyib:

“Biz atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq. Ona görə qorxumdan qardaşlarıma heç nə demədim. Amma bircə dəfə anama gecə yatanda ağlaya-ağlaya danışdım. Çünki sevgi ürəkdən gələndə göz yaşı ilə birgə gəlir”.

Mühit fərqliliyindən və Bakı kəndlərinin xarakterik xüsusiyyətlərindən danışan Məsumə İsayeva müşahidələrini belə bölüşüb:

“Rayon yerlərində insanlar bir-birinin arxasındadırlar, bir-birini müdafiə edirlər. Amma bakılılarda belə deyil. Düzdür, yaxşı insanlardır, amma bir-birinin arxasında dayanmırlar. Bir də görürsən, biri digərinə çəp baxdı, vəssalam, onunla da münasibət bitdi”.

Kopyalandı
Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 256 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 256 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 256 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 256 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 256 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 256 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 256 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 256 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 256 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 256 baxış
Seçilmişlər
icon