Pleyeri seçin:

Bakıya qar yağacaq, şaxta olacaq | Hava haqqında məlumat

12 yanvar 2024 756 baxış

Yanvarın 12-si gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq 15-i səhərədək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 15-i səhər saatlarından yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara, bəzi ərazilərdə qara keçəcəyi gözlənilir:

"Yanvarın 14-ü isə gecə və səhər yarımadanın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək".

Sinoptik bildirib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir:

"Yanvarın 12-dən 13-nə keçən gecə və səhər havanın 4 dərəcəyə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə enərək, 13-də axşam saatlarında 0 dərəcəyə yaxın olacağı gözlənilir. Yanvarın 14 və 15-i gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq".

G.Məmmədova əlavə edib ki, güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur: “Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur”.

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 756 baxış
Seçilmişlər
icon