Pleyeri seçin:

Baku TV-nin DİN ilə birgə keçirdiyi gizli narkotik əməliyyatı

28 iyul 2023 283 baxış

Baku TV-yə Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən baytarlıq aptekinə daimi olaraq narkotik alverçilərinin gəldiyi ilə bağlı məlumat daxil olub.

Xüsusi müxbir Toğrul Kamalov gizli çəkiliş vasitəsilə iddianı araşdırmaq üçün sözügedən ünvanda olub.

O, narkotik almaq adı ilə ərazidəki şəxsdən alverçilərin buraya əsasən axşam saatlarında gəldiklərini öyrənib. Axşam yenidən həmin ünvana gedən jurnalist burada narkotik alverinin həyata keçirildiyini aşkarlayıb.

Daha sonra məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumatlandırılıb və qərara gəlinib ki, birgə müşahidə qrupu yaradılsın. Polis əməkdaşlarının həmin ərazidə keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər – Rauf Cəfərov, Elnur Əlizadə, Hüseyn Əliyarov və Vahid Məmmədov saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslər narkotik vasitə aludəçiləri olduqlarını, qeyd edilən ünvanda yerləşən aptekdən isə narkotik vasitə istifadə etmək üçün şpris aldıqlarını, lakin aptekdə narkotik vasitələrin satışının təşkil olunmadığını bildiriblər. Eyni zamanda saxlanılmış şəxslərdən Rauf Cəfərov, Hüseyn Əliyarov və Elnur Əlizadə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb ediliblər. Vahid Məmmədovun üzərindən isə narkotik maddə aşkarlandığından faktla bağlı cinayət işi başlanılıb.

Həmçinin araşdırma zamanı qeyd olunan baytarlıq aptekinin lisenziya əsasında işləməsi məlum olub, aptekdə narkotik vasitələrin qanunsuz satışının təşkil olunması faktı isə təsdiqini tapmayıb.

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 283 baxış
Seçilmişlər
icon