Pleyeri seçin:

Baş Prokurorluq Cümşüdün ölümünə səbəb olan hadisə ilə bağlı hərəkətə keçdi

30 iyun 2025 236 baxış

Bakıda yer səthinin çökməsi nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata əsasən, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.

Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.

"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

"Caspian Servis" Yasamalda qanunsuz tikinti aparır? - Baku TV

Cəmiyyət
15 dekabr 2025 236 baxış
Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV

Cəmiyyət
15 dekabr 2025 236 baxış
Quşçuluq massivinin keçilməz yolları | Məsələ niyə həllini tapmır? - Baku TV

Quşçuluq massivinin keçilməz yolları | Məsələ niyə həllini tapmır? - Baku TV

Cəmiyyət
15 dekabr 2025 236 baxış
Bu mərhələdə 85 nəfər doğma yurda qayıdıb

Bu mərhələdə 85 nəfər doğma yurda qayıdıb

Cəmiyyət
15 dekabr 2025 236 baxış
"Nə işləyə bilir, nə də..." | Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib? - Baku TV

"Nə işləyə bilir, nə də..." | Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib? - Baku TV

Cəmiyyət
15 dekabr 2025 236 baxış
Məktəblərdə yeni mərhələ | Dini-mənəvi dəyərlər təbliğ olunacaq - Baku TV

Məktəblərdə yeni mərhələ | Dini-mənəvi dəyərlər təbliğ olunacaq - Baku TV

Cəmiyyət
15 dekabr 2025 236 baxış
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı - Baku TV

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salındı - Baku TV

Cəmiyyət
15 dekabr 2025 236 baxış
“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib

“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib

Cəmiyyət
15 dekabr 2025 236 baxış
“Bu qaydalara ciddi riayət edin” | Qatı duman sürücülərə çətinlik yaratdı - Baku TV

“Bu qaydalara ciddi riayət edin” | Qatı duman sürücülərə çətinlik yaratdı - Baku TV

Cəmiyyət
15 dekabr 2025 236 baxış
Türk pop musiqisinin ulduzu Demet Akalın Bakıda konsert verib - Baku TV

Türk pop musiqisinin ulduzu Demet Akalın Bakıda konsert verib - Baku TV

Cəmiyyət
15 dekabr 2025 236 baxış
Seçilmişlər
icon