Baş Prokurorluqda Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir
Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra Baş prokuror Kamran Əliyev ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib.
Sonda ümummilli liderin anadan olmasının 100-cü ildönümünə həsr olunan prokurorluq əməkdaşları və veteranları arasında keçirilən şahmat turnirinin qalibləri, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan dövlət orqanları arasında mini futbol turnirində iştirak edən prokurorluq əməkdaşları təltif olunub.
#Baş Prokurorluq teqi istifadə olunub
- Cəlilabaddakı hadisə ilə bağlı Baş Prokurorluq məlumat yaydı - 24 SAAT
- Ana və oğluna qarşı narkotik tələsi quran iş adamı ifşa olundu
- Hüquqazidd əməllərin 90,5 faizinin üstü açılıb
- Xətai rayonunda ailə faciəsi | Məhkəmə hakiminin oğlu yoldaşını bıçaqladı - Baku TV
- Yanacaq daşıyan maşın yanaraq külə döndü | SOCAR-dan hadisə barədə məlumat - Baku TV
