Pleyeri seçin:

Dəqiqə artdıqca qiymət də artır | Psixoloqların seans qiymətləri niyə belə bahadır? - Baku TV

04 mart 2026 749 baxış

Ölkəmizdə fəaliyyət göstərən psixoloqların seans qiymətləri şok effekti yaradır.

Belə ki, 1 seansın qiyməti 100-500 manat arasında dəyişir və dəqiqə artdıqca qiymət də artır.

Bəs bu qiymətlərə hansısa formada nəzarət mexanizmi varmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, “Psixoloji yardım haqqında” Qanuna əsasən, psixoloji yardım psixoloq və ya klinik psixoloq tərəfindən göstərilə bilər:

“Tibb müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumlar tərəfindən həyata keçirilir. Özəl psixoloji mərkəzlərin psixoloji ixtisas üzrə fəaliyyəti “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı”na daxil edilmədiyindən bu fəaliyyət növü lisenziyalaşdırılmış tibbi fəaliyyət hesab edilmir və Səhiyyə Nazirliyi tərəfindən birbaşa lisenziya nəzarətinə cəlb olunmur.

Özəl sektorda göstərilən psixoloji xidmətlərin qiymətləri tərəflər arasında razılaşma əsasında müəyyən edilir. Dövlət tibb müəssisələrində göstərilən xidmətlərin tarifləri isə müvafiq normativ-hüquqi aktlarla tənzimlənir və dövlət tərəfindən müəyyən olunur”.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu sahədə ciddi reklam kampaniyaları aparılır:

“İnsanların tələbatının artması qiymət artımına səbəb olub. Təəssüflər olsun ki, psixoloqların göstərdiyi xidmətlər əhalinin cibinə uyğun deyil. Psixoloqlar müvafiq qurumlar tərəfindən lisenziyalaşdırılmalı və onlara qiymət məhdudiyyəti tətbiq edilməlidir”.

Eyyub Hüseynov deyir ki, psixoloqların fəaliyyətlərinin keyfiyyəti də narahatedici səviyyədədir. Özlərinə peşə tapa bilməyib kurs oxuyaraq belə ciddi məsuliyyəti üzərinə götürənlər və insanlara zərər verən “psixoloq”lar kifayət qədərdir. 

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 749 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 749 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 749 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 749 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 749 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 749 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 749 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 749 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 749 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 749 baxış
Seçilmişlər
icon