Pleyeri seçin:

Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? | Hüquq müdafiəçisindən açıqlama - Baku TV

24 dekabr 2025 576 baxış

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı qeyri-iş günləri yaxınlaşır. Bu günlər çərşənbə, cümə axşamı və cümə günlərinə təsadüf etdiyindən ölkədə 5 gün ardıcıl qeyri-iş günü olacaq. Lakin müəyyən sahələr var ki, orada çalışan əməkdaşlar ənənəvi olaraq bayram günlərini də iş başında keçirirlər.

Bəs onların qeyri-iş günlərində çalışmaları qanunvericiliklə necə tənzimlənir?

Hüquq müdafiəçisi Sahib Məmmədov bu mövzuya aydınlıq gətirib.

Onun sözlərinə görə, bəzi sahələrdə həftənin bütün günləri iş günü hesab olunur:

“Nəqliyyat, enerji sektoru və digər fasiləsiz fəaliyyət göstərən sahələrdə çalışanlar üçün bayram və istirahət günlərində növbəli iş rejimi tətbiq edilir”.

Ekspert bildirib ki, 5 və ya 6 günlük iş qrafiki ilə çalışan şəxslər bayram günlərində işə cəlb olunduqda onların əməyinə xüsusi qaydada ödəniş edilməlidir:

“Belə hallarda işçiyə bayram günlərində işə cəlb olunmasına görə 1 günlük əməkhaqqının 2 misli ödənməlidir”.

Əmək Məcəlləsinə görə, bayram günləri işləyən işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Müəyyən kateqoriyadan olan işçilərin bayram günlərində işə cəlb olunması isə müəyyən şərtlər əsasında mümkündür. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların bayram günlərində işə cəlb edilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Yaşı 18-dən az olan işçilərin bayram günlərində işə cəlb edilməsi, ümumiyyətlə, qadağandır.

Cəlilabadda görünməmiş tapıntı | Qazıntılar zamanı görün nələr üzə çıxdı - Baku TV

Cəlilabadda görünməmiş tapıntı | Qazıntılar zamanı görün nələr üzə çıxdı - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır

Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
Məktəb rəhbərliyi çəkilişi görəndə görün nə etdi | "Qarşımıza çıxın, nə etmək istəyirsiniz?!”

Məktəb rəhbərliyi çəkilişi görəndə görün nə etdi | "Qarşımıza çıxın, nə etmək istəyirsiniz?!”

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
Qubada iki kəndi birləşdirən yolda qorxulu vəziyyət - Baku TV

Qubada iki kəndi birləşdirən yolda qorxulu vəziyyət - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
Paytaxt və bölgələrdə sabah hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
“Dedilər, əlimizdən heç nə gəlmir” | Valideynlər niyə övladlarını məktəbə göndərmir? - Baku TV

“Dedilər, əlimizdən heç nə gəlmir” | Valideynlər niyə övladlarını məktəbə göndərmir? - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
“Sizi öldürə bilər” | Pula görə orqanlarını satanlara xəbərdarlıq | “Ailəm üçün edirəm” - Baku TV

“Sizi öldürə bilər” | Pula görə orqanlarını satanlara xəbərdarlıq | “Ailəm üçün edirəm” - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
Sosial şəbəkədə orqan satışı | “Böyrəyimi satıram” elanlarının arxasında nə var? - Baku TV CANLI

Sosial şəbəkədə orqan satışı | “Böyrəyimi satıram” elanlarının arxasında nə var? - Baku TV CANLI

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
“Şəhid olduğu yerdə bunu tapdım” | Şəhid anası | “Mühasirəyə düşənlərin hamısını çıxarıb” - Baku TV

“Şəhid olduğu yerdə bunu tapdım” | Şəhid anası | “Mühasirəyə düşənlərin hamısını çıxarıb” - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
Dünyanın aparıcı pilotları Azərbaycan Qran-prisində gərgin mübarizəyə başladı - Baku TV

Dünyanın aparıcı pilotları Azərbaycan Qran-prisində gərgin mübarizəyə başladı - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 576 baxış
Seçilmişlər
icon