Pleyeri seçin:
Bərdədə xəstəxanada möcüzəvi xilas | Həkimlərin bu hərəkəti sayəsində...
Bərdə Rayon Mərkəzi Xəstəxanasında həyatda qalmaq uğrunda həyəcanlı anlar yaşanıb.
Belə ki, aqonal vəziyyətdə xəstəxananın Təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyi dayanıb.
Xəstəni həyata qaytarmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar. Təcili tibbi yardım şöbəsinin iki həkimi – Vüsal Rüstəmli və Pərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər.
Təxminən 10 dəqiqədən artıq davam edən bu mübarizə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib. Onlar xəstəni həyata qaytara biliblər.
Kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir.
Kopyalandı
#Bərdə teqi istifadə olunub
- “Çox acınacaqlı vəziyyətdəyik” | Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir - Baku TV
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bərdədə dəhşətli faciə | Açıq naqildəki elektrik cərəyanı can aldı - Baku TV
- "Oğurlanıbsa, niyə sərfiyyat göstərir?" | Bərdədə sayğaclar kimin qəzəbinə gəlib? - Baku TV
- Bərdədə bədbəxt hadisə | 59 yaşlı kişi kanalda batdı - Baku TV
