Pleyeri seçin:

"Biz "m10"la ödəniş götürmürük" | Bəzi mağazalar niyə "QR Code"la ödənişdən imtina edir? - Baku TV

12 sentyabr 2026 177 baxış

Bakıda bəzi mağaza və ticarət obyektlərində “m10” tətbiqi üzərindən QR kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir.

Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək “m10” tətbiqindəki QR kod vasitəsilə ödənişin mümkün olub-olmadığı soruşulub.

Müşahidələr zamanı mağazaların böyük əksəriyyətində “m10” vasitəsilə QR ödənişinin qəbul edilmədiyi məlum olub. Satış məntəqələrinin əməkdaşları bunun səbəbini müxtəlif amillərlə izah ediblər. Bəzi mağazalarda problemin şirkətdən qaynaqlandığı, digərlərində isə “m10” QR ödəniş sisteminin hazırda işləmədiyi bildirilib.

Yalnız iki mağazada “m10” tətbiqindəki QR kod vasitəsilə ödənişin mümkün olduğu qeyd edilib. Beləliklə, bəzi ticarət obyektlərində bu ödəniş üsulunun qəbul edilməməsi ilə bağlı iddialar müşahidələr zamanı təsdiqini tapıb.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, hazırda bəzi mağaza, market və digər ödəniş nöqtələrində QR kod vasitəsilə ödəniş qəbul edilsə də, bütün ticarət obyektlərində bu sistemdən istifadə etmək mümkün deyil.

Bildirilir ki, QR ödənişlərinin genişləndirilməsində əsas məqsədlərdən biri nağdsız və rəqəmsal ödənişlərin təşviq edilməsidir. Eyni zamanda, bu üsul ödənişlərin daha aşağı xərclə həyata keçirilməsinə və xarici ödəniş sistemlərinə yönələn vəsaitin azalmasına imkan yarada bilər.

Mütəxəssis qeyd edib ki, banklar bu sistemdən əldə olunan qənaətin müəyyən hissəsini keşbek formasında müştərilərə qaytara bilirlər. Bu səbəbdən bəzi hallarda QR kodla aparılan ödənişlər üzrə keşbek faizi daha yüksək olur.

Məsələ ilə bağlı “m10” şirkəti ilə də əlaqə saxlanılıb. Şirkət tərəfindən əvvəlcə müraciətə münasibət bildiriləcəyi qeyd olunsa da, sonradan açıqlama təqdim edilməyib.

Kopyalandı
Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 177 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 177 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 177 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 177 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 177 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 177 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 177 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 177 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 177 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 177 baxış
Seçilmişlər
icon