Bölgələrdən Türkiyəyə dəstək davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
Digər bölgələr kimi, Salyan və Neftçala rayonu, eləcə də Sumqayıt şəhəri də qardaş ölkəyə yardım aksiyasına qoşulub. Neftçala və Salyandan zəlzələdən zərərçəkənlərə ümumilikdə 25 tonluq yardım yola salınıb.
Sumqayıt sakinləri isə ilk günlərdən kampaniyada fəal iştirak edirlər. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovun sözlərinə görə, zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulan 22 konteyner evin ilkin olaraq 4-ü, həmçinin 230 min manat dəyərində humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınıb.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
