Pleyeri seçin:

"Borc yazılıb, mən kanalizasiya işlədirəm?!" | Boğaza yığılan sakinlər şikayət etdi - Baku TV

15 sentyabr 2026 272 baxış

Mingəçevir şəhərinin Günəşli küçəsində kanalizasiya suları küçəyə və həyətlərə axır.

Təxminən 500 sakinin yaşadığı ərazidə yaranan problem vətəndaşların narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, kanalizasiya suları küçədə antisanitar vəziyyət yaradır, ətrafa kəskin qoxu yayılır və hərəkət çətinləşir.

“Biabırçılıqdır, qoxudan dayanmaq olmur. Dəfələrlə şikayət etmişik, baxan yoxdur”, – deyə sakinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, ərazidə icra olunan tullantı su şəbəkəsi layihəsi hələ tam başa çatdırılmayıb və tikinti-quruculuq işləri davam etdirilir.

Qeyd olunub ki, vətəndaşların kanalizasiya xətlərinin tikintisi tamamlanmamış xəttə qoşulması nəticəsində daşma baş verib.

Qurumun məlumatına görə, bir neçə gün əvvəl əraziyə cəlb olunan Mingəçevir Sukanal İdarəsinin qəza briqadası xəttdəki daşmanın qarşısını alıb və tullantı sularını digər şəbəkəyə yönləndirib. Hazırda məsələ həll edilib.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 272 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 272 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 272 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 272 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 272 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 272 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 272 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 272 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 272 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 272 baxış
Seçilmişlər
icon