Cəmiyyət
Pleyeri seçin:

Böyük Qayıdışın Füzuli mərhələsi | Daha 153 nəfər doğma yurduna geri dönür

15 mart 2024

Keçmiş məcburi köçkünlərin daha bir qrupu işğaldan azad olunmuş Füzuli şəhərinə yola düşüb.

Bu mərhələdə Füzuli şəhərinə cəmi 35 ailə (153 nəfər) köçürülür.

Köçürülən 35 ailədən 22-si (90 nəfər) Bakı şəhərindən, 5-i (20) Sumqayıt şəhərindən, 4-ü (24) Füzuli rayonundan, 2-si (12) Beyləqan rayonundandır. İmişli (3 nəfər) və Abşeron (4 nəfər) rayonlarının hər birindən isə bir ailə köçürülüb.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 28 ailə (114 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.

Beyləqan, İmişli və Füzuli rayonunda məskunlaşmış 7 ailə (39 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 562 ailə (2 120 nəfər) köçürülüb.

Kopyalandı
Məmnunluq 99 faizin üzərindədir | Naxçıvan “ASAN Xidmət” mərkəzindən hesabat

Məmnunluq 99 faizin üzərindədir | Naxçıvan “ASAN Xidmət” mərkəzindən hesabat

Cəmiyyət
17 may 2024
Fırıldaqçılara qarşı diqqətli olun! - Balakəndə kibercinayətkarlara qarşı tədbir

Fırıldaqçılara qarşı diqqətli olun! - Balakəndə kibercinayətkarlara qarşı tədbir

Cəmiyyət
17 may 2024
Qismət bu günə imiş, gətirdik dəfn etdik | Şəhidin oğlu

Qismət bu günə imiş, gətirdik dəfn etdik | Şəhidin oğlu

Cəmiyyət
17 may 2024
Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında

Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında

Cəmiyyət
17 may 2024
"Anadolu Ankası – 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

"Anadolu Ankası – 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Cəmiyyət
16 may 2024
Kirayə götürdüyü evi 3 nəfərə satıb ölkədən qaçan fırıldaqçı maklerdən açıqlama

Kirayə götürdüyü evi 3 nəfərə satıb ölkədən qaçan fırıldaqçı maklerdən açıqlama

Cəmiyyət
16 may 2024
"Saqqal kişinin makiyajıdır" ifadəsi necə yarandı? - Bərbərliyin tarixi | ARAŞDIRMA

"Saqqal kişinin makiyajıdır" ifadəsi necə yarandı? - Bərbərliyin tarixi | ARAŞDIRMA

Cəmiyyət
16 may 2024
Taksilərdə minimum gediş haqqı nə qədər olacaq? | AYNA-dan açıqlama

Taksilərdə minimum gediş haqqı nə qədər olacaq? | AYNA-dan açıqlama

Cəmiyyət
16 may 2024
Sirk işçilərinin maaşları kəsilib? | Nazirlikdən açıqlama

Sirk işçilərinin maaşları kəsilib? | Nazirlikdən açıqlama

Cəmiyyət
16 may 2024
Yağış yağacaq, şimşək çaxacaq | Hava haqqında məlumat

Yağış yağacaq, şimşək çaxacaq | Hava haqqında məlumat

Cəmiyyət
16 may 2024
Seçilmişlər
icon