Bu idman növləri xeyirdən çox zərər verə bilər | Həkim nələri tövsiyə edir?
İdmançıların sağlamlığı üçün ən təhlükəlisi hokkey, futbol, ağır atletika, idman gimnastikası və dağ xizəyidir.
Bu barədə rusiyalı neyrocərrah Aleksey Nevzorov məlumat verib.
Həkimin sözlərinə görə, sözügedən idman növlərində onurğanın zədələnmə riski son dərəcə yüksəkdir.
O bildirib ki, futbol və hokkey ən travmatik idman növlərindən biridir. Bu idman növləri ilə məşğul olanlar diz menisküsü yırtığı, fəqərəarası disklərin travmatik zədələri və vertebra sınıqları kimi travmalardan əziyyət çəkirlər.
Ağır atletika, pauerliftinq və ekstremal güc idman növləri bel zədəsi riskinə görə ikinci yerdədir. Buna səbəb isə idmançıların onurğasına ciddi yükün düşməsidir.
Mütəxəssis xizəyin də zərərlərindən danışıb. Bədbəxt hadisələrin xüsusilə snoubord, slalom və xizəklə tullanmada qeydə alındığını bildirib. Lakin həkim xizək sürməyi həyatınızdan tamamilə çıxarmağı məsləhət görmür.
Qışda təmiz havada parkda yüngül xizək sürmək sağlamlıq, xüsusən də onurğa üçün son dərəcə faydalıdır. Bundan başqa, üzgüçülük və qaçışın da bel sağlamlığına faydası var.