Bu onurğalılar səmanı necə fəth edib? | Alimlərdən maraqlı məlumatlar
Beynəlxalq alimlər qrupu pterozavrların unikal xüsusiyyətlərinin onların uçuş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını aşkar ediblər.
Xüsusi klapanlarla təchiz olunmuş pterozavrların quyruq qişaları stabilizator rolunu oynayıb və bu, qədim sürünənlərin səmada uçmasına imkan verib.
Təxminən 230 milyon il əvvəl meydana çıxan pterozavrlar uçuş qabiliyyətinə malik ilk onurğalılar hesab olunur.
Yeni araşdırmada elm adamları fosillərdə qorunan insan gözünə görünməyən toxumaları aşkar edə bilən qabaqcıl lazer flüoresan texnologiyasından istifadə ediblər.
Nəticədə fotoşəkillər Mərkəzi Avropada 150 milyon il əvvəl yaşamış pterozavrların quyruqlarında membranlar aşkar edib. Bu membranlarda təyyarə qanadının çərçivəsini xatırladan kəsişən strukturların mürəkkəb şəbəkəsinə rast gəlinib.
Alimlərin fikrincə, onların işi nəinki pterozavrların həyatına işıq salır, həm də gələcək texnologiyaların, məsələn, təyyarələrin, dronların və hətta çadırların təkmilləşdirilmiş dizaynlarının yaradılmasında yeni addım ola bilər.