Bu yol kəsişməsində diqqətsizlik hər an başınıza bəla ola bilər | Sürücülərə təhlükə saçan yol
Yeniliklərdən dərhal xəbərdar olun
“Necə olmalıdır?” rubrikasının növbəti buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilindəki uyğunsuzluq və sürücülərin yol nişanlarına əməl etməməsi məsələsinə diqqət yetirilib.
Bildirilib ki, son xətlənmə işlərindən sonra sözügedən kəsişmədə sola hərəkət üçün iki, düzünə hərəkət üçün isə bir zolaq ayrılıb. Buna baxmayaraq, bəzi sürücülər düzünə hərəkət zolağından istifadə edərək sonradan sola – “Azadlıq” stansiyası istiqamətinə dönürlər. Halbuki həmin hissədə məcburedici “düzünə” nişanı tətbiq edilsə, bu cür manevrlərin qarşısı alına bilər.
Qeyd olunan ərazidə diqqətçəkən başqa bir məqam isə yolayrıcına çatmamış hissədə avtobuslar üçün qoyulmuş məcburedici sağa dönmə nişanına əksər hallarda əməl olunmamasıdır. Sağa doğru hərəkət üçün iki zolaq ayrılsa da, bu sahəyə eyni anda yalnız bir avtobus yerləşə bilir.
#Azadlıq prospekti stansiyası teqi istifadə olunub
- Piyadaları təngə gətirən eskalator problemi nə zaman həll olunacaq? - Baku TV
- Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV
- Avtobuslar niyə yolun ortasında dayanır? | Onlar üçün yol ayrılıb, amma... - NECƏ OLMALIDIR?
- 8 ildir sürürəm, ilk dəfə belə şey olur... | Qəzada motosiklet sürücüsü elə dəhşət yaşadı ki...
- Bakı metrosunda gecikmə yarandı | Hadisə ilə bağlı təcili açıqlama
