Pleyeri seçin:

“Bunu artırmasaq, oxu düzəlməyəcək” | Emin Əmrullayev məktəblərdəki tədrisdən danışdı - Baku TV

08 sentyabr 2026 263 baxış

“Əgər müəllimlərin işə qəbulu və sertifikasiya prosesində oxu bacarığını daha əsaslı şəkildə qiymətləndirə bilsək, məktəbdə də oxu savadlılığı yaxşılaşacaq. Çünki müəllimin özünün oxu bacarığını yaxşılaşdırmadan ondan şagirdə oxu bacarığı qazandırmağı tələb etmək məntiqsizdir”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı Azərbaycanda imtahan yönümlü təhsilin oxu savadlılığına təsiri ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, oxu komponentinin qiymətləndirmələrdə daha geniş tətbiqi cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, bu istiqamətdə dəyişikliklərin aparılması vacibdir:

“Biz bunu özümüz üçün və yaxud kiməsə əziyyət vermək üçün etmirik. Deyirik ki, bunu artırmasaq, oxu düzəlməyəcək. Bu, sadə səbəb-nəticə əlaqəsidir. Sən müəllimdən oxu imtahanı götürmürsənsə, ondan necə uşağı oxu üzrə imtahana hazırlamağı tələb edə bilərsən?”.

Emin Əmrullayev qeyd edib ki, oxu savadlılığının inkişafı üçün dərsliklərin yenilənməsi ilə yanaşı, tədris prosesinə nəzarət mexanizmlərinin də gücləndirilməsi vacibdir:

“Biz dərslikləri dəyişib oxu komponentini gətirmişik. Amma sinfə girəndə görürsən ki, müəllim yenə oxu tədris etmir, başqa mövzuları keçir. Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları, direktor müavinləri və metodistlər nəzarət etməlidirlər”.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 263 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 263 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 263 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 263 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 263 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 263 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 263 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 263 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 263 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 263 baxış
Seçilmişlər
icon