Bunu edənlər görmə itkisi ilə üzləşdi | Ekspertlər xəbərdarlıq edir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də diabet və arıqlama dərmanı olan “Ozempic”dən istifadə edəndən sonra görmə itkisi ilə üzləşənlərin sayı getdikcə daha da artır.
“Daily Mail” şəkər xəstəliyinə görə iynə vuran və sol gözü kor olaraq oyanan qadının hekayəsindən bəhs edib. Bundan sonra o, dərman qəbul etməyi dayandırıb, lakin şəkər xəstəliyinə görə proseduru yenidən davam etdirməli olub. İki həftə sonra sağ gözünün görmə qabiliyyətini itirib.
Bildirilib ki, bir il ərzində dərman qəbul edən başqa bir qadın tor qişanın damarlarının zədələnməsi səbəbindən görmə qabiliyyətini itirib.
Tədqiqatçılar yeddi xəstədə optik sinirə qan axınının tıxandığı bir vəziyyət olduğunu da aşkar ediblər. Ekspertlərin sözlərinə görə, xəstələrdə görmə itkisinin dəqiq səbəbi aydın deyil. Güman edilir ki, bu, qan damarlarına mənfi təsir göstərən qan şəkərinin səviyyəsinin sürətlə azalması nəticəsində yarana bilər.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
