Bunu etməklə sosial şəbəkə hesabınızı riskə atırsınız | Ekspertlərdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə müəyyən məbləğ qarşılığında “Whatsapp” və “Instagram” yazışmalarını, hətta telefon danışıqlarını ələ keçirə biləcəyini vəd edən səhifələr fəaliyyət göstərməyə başlayıb.
Maraqlısı odur ki, bu dələduzlar sadəcə qarşı tərəfin nömrəsini bilməklə onun hətta sosial mediada baxdığı videoları belə izləməyin mümkün olduğunu iddia edirlər.
Kibertəhlükəsizlik üzrə ekspert İbrahim Əbdüləzizli isə bunun reallığı əks etdirmədiyini bildirib:
“Bu cür şəxslərə müraciət etmək məsləhətli deyil, çünki müraciət edən şəxsin özünün sosial şəbəkə hesabları risk altına düşür”.
Vəkil Mircavid Miriyev isə bildirib ki, kiberdələduzluqla məşğul olan həmin şəxsləri 2 ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
#Sosial şəbəkələr teqi istifadə olunub
- “Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
