Burada elə şeylər olur ki... | Nəsimidəki bu binaya heç kim girə bilmir
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində sirli bina yerləşir.
Qəzalı vəziyyətdə olan bu bina ilə bağlı sosial şəbəkələrdə müəyyən fərziyələr yayılıb. Bəziləri binanın içərisinin siçanlarla dolu olduğunu və bina uçurularsa, şəhəri siçanlar bürüyəcəyini deyir, bəziləri isə binanın vaxtilə hospital olduğunu və içəridə ruhların dolaşdığını bildirirlər.
Qeyd edək ki, sözügedən bina vaxtilə Xarici Dillər Universitetinin alman dili korpusu olub. Daha sonra bina yataqxana kimi fəaliyyət göstərib.
Binanın təmiri ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina onların balansında deyil, tarixi tikili olduğu üçün Mədəniyyət Nazirliyinin nəzarətindədir.
Həmin qurumun Media və kommunikasiya şöbəsinin əməkdaşı Türkan Cəfərova isə qeyd edib ki, tikili tarixi bina kimi qorunsa da, özəl mülkdür. Ona görə də həmin binada təmir işləri aparmaq onların səlahiyyətində deyil.