Pleyeri seçin:

Cərimələrlə bağlı hansı dəyişikliklər edildi? | Sərnişinlərin nəzərinə!

19 fevral 2025 673 baxış

Azərbaycanda dəmiryol nəqliyyatında qaydaların pozulmasına görə cərimələr artırılır.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisdə müzakirə edilib. Dəyişikliyə əsasən, dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə cərimələr 200 manatdan 400 manata qaldırılır. Həmçinin hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə cərimələr 50 manatdan 100 manata qaldırılır.

Dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə vurulmuş ziyanın bir mislindən iki mislinədək cərimə tətbiq ediləcək. Hazırda bu cərimənin məbləği 100 manatdır.

Dəmir yolu keçidlərindən istifadənin pozulmasına görə də yeni cərimələr müəyyənləşir. Belə ki, keçidlərdən kənar yerlərdən keçməyə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək.

Təklifə əsasən, xətaya görə inzibati tənbeh almış şəxsin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək məhdudlaşdırılacaq.

Həmçinin xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə tətbiq ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.

Bununla bərabər, mal-qaranı və at arabasını sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə cərimələr 40 manatdan 80 manata qaldırılır.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 673 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 673 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 673 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 673 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 673 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 673 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 673 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 673 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 673 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 673 baxış
Seçilmişlər
icon