Çərkəzlərə və digər Dağıstan xalqlarına aid olunan geyimlər Qıpçaq türklərinin tərzidir
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş yayımlanıb.
Budəfəki veriliş türk geyim mədəniyyətinə həsr olunub.
Proqramın qonağı olan filologiya üzrə fəlsəfə doktoru Ləman Vaqifqızının sözlərinə görə, türk geyim mədəniyyəti böyük tarixi zənginliyə sahibdir.
"Bu cür zəngin mədəniyyətin zəngin də geyim kolleksiyası var. Təkcə bir faktı deyim ki, "Divanü lüğət-it-türk" əsərində 216 geyim terminindən istifadə olunub və onlar dörd başlıqda qruplaşdırılıb".
L.Vaqifqızı bildirib ki, türk geyim mədəniyyətinin bir qolu da Azərbaycan türklərinin geyim mədəniyyətidir:
"Konkret olaraq Qərbi Azərbaycan haqqında danışdıqda hər geyimin öz simvolik məzmunu var. Yəni geyimə baxanda qarşımızıdakı insanın evli, subay, yaxud dul olması, eyni zamanda yaşlı olması və s. müəyyənləşdirilə bilər. Qərbi Azərbaycanda əsasən yundan hazırlanan geyimlər üstünlük təşkil edirdi. Burada baş geyimlərinin rəmzi mənaları türk kimliyinin göstəricisidir. Baş geyimlərindən dingəni qeyd etmək istərdim. Qız ərə getdiyi gündən başına dingə qoyurdu".
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV
- Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV
