Pleyeri seçin:

COP29-un keçiriləcəyi məkanda mediatur | Bakı Olimpiya Stadionunda görülən işlər

08 noyabr 2024 633 baxış

Azərbaycanın ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirlərdən biri sayılan COP29-a sayılı günlər qalıb.

Konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunda hazırlıq işləri 99 faiz tamamlanıb.

Noyabr ayının 8-də tədbirin baş tutacağı məkana mediatur təşkil olunub.

Tədbirdə ölkədəki aparıcı media strukturlarının rəhbərləri, o cümlədən Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak edib.

Media nümayəndələrinə COP29-un baş tutacağı məkanda görülmüş işlər barədə məlumatlar verilib, tədbirlərin təşkil olunacağı zallara baxış keçirilib.

Mediatur iştirakçıları jurnalistlərin və tədbirlərə qatılan heyətlərin rahat çalışması üçün yaradılmış şəraitlə, xüsusi ayrılmış zonalarla tanış olublar. Jurnalistər üçün nəzərdə tutulan “Yaşıl Zona”da 56 pavilyon, həm xarici, həm yerli şirkətlər, eləcə də dövlət sektorlarına məxsus vahid stendlər quraşdırılıb.

Ərazidə həmçinin 4 konfrans otağı var. Onlardan biri 200, digəri isə 370 nəfərlikdir. İkitərəfli görüşlər üçün 18 otaq, üç min nəfərlik yemək zonası və “Extreme Hangout”, yəni istirahət zonası yaradılıb. COP29-da rahatlıq və komforta xüsusi önəm verilib. İştirakçıların konfrans məkanına rahat gəlib çıxmaları üçün xəttə əlavə taksilər və avtobuslar buraxılacaq.

İctimaiyyətə açıq ərazi olan “Yaşıl Zona”nın fəaliyyətinə noyabrın 11-də start veriləcək. Bu məkana bilet əldə etmək istəyənlər “iTicket” platformasından yararlana bilərlər. Təşkilatçılar bildiriblər ki, biletləri tamamilə pulsuz əldə etmək mümkündür.

“Yaşıl Zona”da həm xarici, həm də yerli şirkətlərin, eləcə də QHT və dövlət qurumlarının gündəlik tədbirləri təşkil olunacaq. Bu tədbirlərin hamısı iqlim dəyişikliyi və dayanıqlılıqla bağlıdır.

COP29-da qidalanmaya da xüsusi diqqət ayrılıb. 11-22 noyabr tarixlərində dünya mətbəxindən fərqli təamlar, eləcə də milli yeməklər və şirniyyatlar ölkəmizə təşrif buyuran qonaqlara təqdim olunacaq.

Xatırladaq ki, COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsindən 80-100 min nəfərə qədər nümayəndə heyətlərinin paytaxtımızın qonağı olacağı gözlənilir.  

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 633 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 633 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 633 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 633 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 633 baxış
Seçilmişlər
icon