Pleyeri seçin:

Çörəyin çəkisi niyə azalıb? | Yayılan xəbərlərlə bağlı mühüm açıqlama

05 fevral 2025 598 baxış

Marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni qiymətə – 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük ediləcək.

Bu barədə son günlərdə zavod çörəyinin qiyməti ilə bağlı yayılan məlumatda bildirilib.

Diqqətçəkən məqam isə 55 qəpiyə satılan çörəyin çəkisinin 510 qram olmasıdır, yəni azaldılmasıdır.

Söhbət ondan gedir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ilin yanvar ayında çörəyin qiymətinin 50 qəpikdən 65 qəpiyə yüksəlməsi ilə bağlı açıqlamasında çörəyin çəkisinin 650 qram olacağı bildirilmişdi.

Eyni zamanda həmin ilin avqustunda Azərbaycanın iri un və çörək istehsalçılarının qiymətin 65 qəpikdən 70 qəpiyə qaldırılması ilə bağlı birgə məlumatında da çörəyin çəkisinin 650 qram olacağı vurğulanmışdı.

Ötən müddətdə bir kisə unun topdansatış qiymətinin 40 manat 70 qəpikdən 25 manatadək, yəni 40 faizə yaxın ucuzlaşması əsas gətirilərək çörəyin qiyməti də aşağı salınıb. Belə ki, 650 qramlıq çörəyin qiyməti mərhələlərlə 70 qəpikdən 55 qəpiyə, yəni 21,5 faiz endirilib.

Lakin son açıqlamadan belə məlum olur ki, istehsalçılar çörəyin qiymətindəki endirimi, əslində, onun çəkisi ilə kompensasiya ediblər. Bununla da çəki 21,5 faiz, yəni 650-dən 510 qrama qədər azaldılıb. Unun ucuzlaşmasının isə qiymətə real təsiri olmayıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, çörəyin çəkisini sahibkarlar özləri sərbəst müəyyən edirlər:

“Sahibkarlar müxtəlif qiymətə müxtəlif çeşiddə çörəklər təklif edirlər. İstehsalçılar onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan məhsulu sərbəst seçərək ala bilərlər. Qanunvericilikdə və müvafiq dövlət standartında çörəyin konkret çəki meyarı ilə bağlı tələb müəyyən edilməmişdir. Çörəyin çəkisi sahibkarlar tərəfindən sərbəst müəyyən edilir. Lakin qablaşdırılmasında çəkisi göstərilməlidir”.

Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, sahibkar un bahalaşanda çörəyin qiymətini artırdığı halda xammal ucuzlaşanda qiyməti çəkini azaltmaq hesabına endirir. Əksər marketlərdə müşahidələr zamanı isə zavod çörəyi olaraq əsasən qiyməti 55 yox, 65 qəpiyə olan məhsullara rast gəlmək olur.  

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 598 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 598 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 598 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 598 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 598 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 598 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 598 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 598 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 598 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 598 baxış
Seçilmişlər
icon