Pleyeri seçin:

Çox istifadə edilən içkilərlə bağlı qorxulu faktlar ortaya çıxdı

15 mart 2025 395 baxış

Şəkərli qazlı içkilər gündəlik həyatda çoxlarının sevərək istehlak etdiyi içkilər arasındadır. Lakin elm adamları gündə cəmi bir qutu belə içki içməyin ağız xərçəngi riskini beş dəfə artırdığını müəyyən ediblər.

160 000 insanın iştirak etdiyi araşdırma göstərib ki, şəkərli içkiləri mütəmadi istehlak edən insanlarda ağız xərçəngi riski bu içkiləri ayda bir dəfə və ya daha az içənlərlə müqayisədə daha yüksəkdir.

Tədqiqatçılar bu nəticənin xüsusilə son illərdə qadınlarda artan ağız xərçəngi hallarına izah ola biləcəyini bildirirlər. Bununla belə, dəqiq nəticələr üçün daha geniş araşdırmaların aparılmasına ehtiyac olduğu vurğulanır.

Tədqiqat zamanı içkilərin konkret markaları açıqlanmasa da, onların şəkər tərkibinin ağız xərçəngi ilə əlaqəsi olduğu məlum olub. Gündə bir və ya daha çox şəkərli içki içən qadınlarda risk ayda bir və ya daha az içənlərə nisbətən 4,87 dəfə çox olub. Bu təsir hətta siqaret çəkməyən və spirtli içkilər qəbul etməyən insanlarda da müşahidə edilib.

Elm adamları şəkərli içkilərin xərçəng riskini artırdığını və bu səbəbdən sağlam qidalanma ilə bağlı siyasətlərin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar. Tərkibində süni dadlandırıcılar olan pəhriz içkiləri bu araşdırmaya daxil edilməsə də, gələcəkdə bu mövzunun da araşdırıla biləcəyi bildirilir.

Son illərdə siqaret çəkməyən insanlarda belə ağız xərçəngi hallarının artdığı müşahidə edilir. Bunun səbəbləri tam dəqiq bilinməsə də, alimlər şəkərli içkilərin tərkibindəki maddələrin ağızdakı bakterial balansı poza biləcəyini və bunun da xərçənglə əlaqəli iltihab və hüceyrə dəyişikliklərinə səbəb ola biləcəyini ehtimal edirlər.

Sağlam həyat üçün gündəlik şəkər qəbulunun 30 qramdan çox olmaması tövsiyə edilir. Halbuki, bir qutu şəkərli içkinin tərkibində 35 qramdan çox şəkər var.

Mütəxəssislər həddindən artıq şəkər istehlakının təkcə xərçəng deyil, piylənmə, ürək xəstəlikləri və diabet kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər.

"25 il həbsdə qalmaq olar?!" | Musiqiçi niyə dəniz kənarında daxmada yaşayır? - ARZUNUN VAXTI

"25 il həbsdə qalmaq olar?!" | Musiqiçi niyə dəniz kənarında daxmada yaşayır? - ARZUNUN VAXTI

Cəmiyyət
15 avqust 2026 395 baxış
"Elmlər"dən "Koroğlu"ya getmək istəyənlər nə etməlidir? - ANA XƏBƏR

"Elmlər"dən "Koroğlu"ya getmək istəyənlər nə etməlidir? - ANA XƏBƏR

Cəmiyyət
15 avqust 2026 395 baxış
Xətlər ayrıldıqdan sonra qatarlar arasında interval necə tənzimlənəcək? - Baku TV

Xətlər ayrıldıqdan sonra qatarlar arasında interval necə tənzimlənəcək? - Baku TV

Cəmiyyət
15 avqust 2026 395 baxış
“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Sakinlər yay aylarında bu zülmü çəkir - Baku TV

“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Sakinlər yay aylarında bu zülmü çəkir - Baku TV

Cəmiyyət
15 avqust 2026 395 baxış
"28 May" və "Nizami" arasında ekspres marşrutlar fəaliyyət göstərir

"28 May" və "Nizami" arasında ekspres marşrutlar fəaliyyət göstərir

Cəmiyyət
15 avqust 2026 395 baxış
Metroda xətlər ayrıldı | Ekspres avtobuslardan istifadə edənlər nəyi bilməlidir? - Baku TV

Metroda xətlər ayrıldı | Ekspres avtobuslardan istifadə edənlər nəyi bilməlidir? - Baku TV

Cəmiyyət
15 avqust 2026 395 baxış
32 dərəcə isti və güclənən külək: Bakını necə hava gözləyir? - Baku TV CANLI

32 dərəcə isti və güclənən külək: Bakını necə hava gözləyir? - Baku TV CANLI

Cəmiyyət
15 avqust 2026 395 baxış
Milli valyutanın yaranmasından bu günə | 34 illik tarixdə hansı dönüş nöqtələri yaşanıb? - Baku TV

Milli valyutanın yaranmasından bu günə | 34 illik tarixdə hansı dönüş nöqtələri yaşanıb? - Baku TV

Cəmiyyət
15 avqust 2026 395 baxış
Pişik dişləyən uşaq 4 ay sonra görün hansı hala düşdü | "Belə gəzməkləri təhlükəlidir" - Baku TV

Pişik dişləyən uşaq 4 ay sonra görün hansı hala düşdü | "Belə gəzməkləri təhlükəlidir" - Baku TV

Cəmiyyət
15 avqust 2026 395 baxış
"Zülmlə almışdıq, bizim günahımız nədir?!" | Sakinləri zərərə salan hadisənin əsl səbəbi - Baku TV

"Zülmlə almışdıq, bizim günahımız nədir?!" | Sakinləri zərərə salan hadisənin əsl səbəbi - Baku TV

Cəmiyyət
15 avqust 2026 395 baxış
Seçilmişlər
icon