Pleyeri seçin:

Milli valyutanın yaranmasından bu günə | 34 illik tarixdə hansı dönüş nöqtələri yaşanıb? - Baku TV

15 avqust 2026 269 baxış

Bu gün Azərbaycanın milli valyutası manatın dövriyyəyə buraxılmasından 34 il ötür.

Milli valyutanın yaradılmasının əsası 1992-ci il iyulun 15-də imzalanan fərmanla qoyulub və həmin il avqustun 15-də 1, 10 və 250 manatlıq əsginaslar dövriyyəyə buraxılıb.

İlk Azərbaycan pulları Fransada hazırlanıb. 1992-ci ildən 1994-cü ilə qədər isə manatla yanaşı rubldan da istifadə olunub. 1993-cü ilin dekabrında manat ölkənin yeganə ödəniş vasitəsi elan edilib və Azərbaycan rubl zonasından çıxıb. Lakin 1990-cı illərin əvvəllərindəki ağır iqtisadi vəziyyət milli valyutanın sürətlə ucuzlaşmasına səbəb olub. Bu dövrdə daha böyük nominallı əsginaslar dövriyyəyə buraxılıb və 2006-cı ildən manatın denominasiyası həyata keçirilib. Yeni manatda 1 manat 5000 köhnə manata bərabər tutulub. 2007-ci ildən isə yalnız yeni pul nişanlarından istifadə olunmağa başlanılıb.

Manatın tarixində növbəti mühüm mərhələ 2015-ci ildə yaşanıb. Neftin dünya bazarında kəskin ucuzlaşması fonunda həmin ilin fevralında manat 34 % ucuzlaşdırılıb. Dekabrda isə üzən məzənnə rejiminə keçirilib. Hazırda Azərbaycan manatının ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1 manat 70 qəpikdir və bu göstərici 7 mart 2018-ci ildən bəri dəyişməyib.

Kopyalandı
Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 269 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 269 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 269 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 269 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 269 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 269 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 269 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 269 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 269 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 269 baxış
Seçilmişlər
icon