Dağ yəhudilərinin qəribə adətləri | Meyvə və elektron əşyalara qadağa - KƏNDİNƏ QAYIT
Yeniliklərdən dərhal xəbərdar olun
“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Quba ərazisində dağ yəhudilərinin kompakt yaşadıqları Qırmızı qəsəbəyə səyahət edilib.
Qırmızı qəsəbə 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çəpkəni və Mizrahi. Bu kvartallar, əslində, qəsəbəyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soylarını göstərir. Verilişdə musiqiçi, tarzən, Qırmızı qəsəbə bələdiyyəsinin keçmiş sədri, prezident təqaüdçüsü Nisim Nisimov dağ yəhudilərinin maraqlı toy adətlərindən bəhs edib.
“Bizdə toy günü bəy gəlini gətirmək üçün qızın evinə piyada yollanır. Qadınlar da əllərində şamla onun arxasınca gedirlər. Qız evinə çatanda bəyin dostları nəsə oğurlayıb gəlinin atasına satırlar. Gəlin gələndə bəyin anası, bibisi və ya xalası onun əlini bala batırıb qapıya vurur, sonra da içəri girirlər”, ‒ deyə o bildirib.
#Quba teqi istifadə olunub
- "Hər səhər duranda..." | 90 yaşlı Quba sakini 64 illik evlilik və uzunömürlülüyünün sirrini bölüşdü
- Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV
- "Neçə dəfə qəza şəraiti yaranıb" | Qubada yoldakı yeni nişanlanma narazılıq doğurdu - Baku TV
- Qış vaxtından tez gəldi | Şimalın yüksək dağ kəndlərinə ilk qar yağdı - Baku TV
- Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV
